Azərbaycan Kubokunda II təsnifat mərhələsinin üçüncü gününün oyunları başa çatıb. Matc.az xəbər verir ki, mərhələ çərçivəsində daha 4 qarşılaşma reallaşıb.

"Şamaxı" "Şəmkir" üzərində böyükhesablı qələbə qazanıb - 6:1. "Mingəçevir" "Zaqatala"nı tək qolla üstələyib, "Qaradağ Lökbatan" "Karvan"ın qapısından 3 cavabsız top keçirib.

Günün sonuncu qarşılaşması olan "Şəfa" - "Difai" matçının əsas vaxtı 2:2 hesabı ilə nəticələnib. Qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Burada isə "Difai" daha bir qol vuraraq, 3:2 hesablı qələbə qazanıb.

Bu gün mərhələ adlayan komandalardan "Şamaxı" növbəti raundda "Zirə"yə, "Mingəçevir" "Araz Naxçıvan"a, "Qaradağ Lökbatan" "Səbail"ə, "Difai" isə "Neftçi"yə rəqib olub.

Qeyd edək ki, II təsnifat mərhələsinə sabah yekun vurulacaq.

Azərbaycan Kuboku
II təsnifat mərhələsi

30 oktyabr

"Şamaxı" – "Şəmkir" - 6:1
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Kərim Zeynalov, Tural Qurbanov
Şamaxı şəhər stadionu

"Mingəçevir" – "Zaqatala" - 1:0
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Samir Hüseynov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu

"Qaradağ Lökbatan" – "Karvan" - 3:0
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Rauf Allahverdiyev
Lökbatan OİK stadionu

"Şəfa" – "Difai" - 2:3
Hakimlər: Vüqar Həsənli, Aydın Bəxşiyev, Nurlan Əhmədzadə, Rəsul Babayev
"ASK Arena"

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest