Həmin qarşılaşmada onun komandası 2:1 hesabı ilə qalib gəlib. Ağdam klubu onun baş məşqçi olduğu müddətdə Premyer Liqada 315 qələbə qazanıb, 116 heç-heçə edib və 69 dəfə uduzub.

“Qarabağ” Qurban Qurbanovun baş məşqçi olduğu dövrdə 500-cü çempionat oyununu keçirib. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat yayılıb.

Bu, Misli Premyer Liqasının XI turuna təsadüf edib. Ağdam klubu yubiley görüşündə “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edib. 17-ci mövsümdü “Qarabağ”da işləyən Qurbanovun debütü 2008-ci avqustun 9-da “Bakılı” ilə səfər görüşünə təsadüf edib.

Həmin qarşılaşmada onun komandası 2:1 hesabı ilə qalib gəlib. Ağdam klubu onun baş məşqçi olduğu müddətdə Premyer Liqada 315 qələbə qazanıb, 116 heç-heçə edib və 69 dəfə uduzub.

Qeyd edək ki, Qurbanov ölkə çempionatları tarixində həm eyni komandada, həm də ümumilikdə ən çox oyun keçirən baş məşqçidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest