"Mançester Siti" Yoşko Qvardiol ilə müqaviləni uzatmaq istəyir.

Matc.az xəbər verir ki, tərəflər yeni müqavilə ilə bağlı aktiv danışıqlar aparır.

Qvardiolun Mançester klubu ilə hazırkı müqaviləsi 2028-ci ildə başa çatır. "Şəhərlilər" müqaviləni 2030-cu ilin iyununa qədər uzatmaq istəyirlər.

Qeyd edək ki, Yoşko Qvardiol 2023-cü ilin avqustundan "Mançester Siti"də çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest