28 Oktyabr 2024, 00:18
FUTBOL
Türkiyə Superliqasında IX turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, turun üçüncü oyun günündə daha üç qarşılaşma baş tutub.
"Antalyaspor" səfərdə "Alanyaspor"u məğlub edib. "Qaziantep" "Konyaspor"a qalib gəlib. "Fənərbaxça" isə "Bodrumspor" üzərində qələbə qazanıb.
Qeyd edək ki, Superliqada tura 28 oktyabrda yekun vurulacaq.
Türkiyə Superliqası
IX tur
27 oktyabr
"Qaziantep" – "Konyaspor" - 3:1
Qollar: Ersoy, 28, Lunqoyi, 61, Soresku, 81 // Ndao, 13
"Alanyaspor" – "Antalyaspor" - 1:2
Qollar: Hvanq, 25 // Dyenepo, 62, Qaiç, 75
"Fənərbaxça" – "Bodrumspor" - 2:0
Qollar: En-Nesiri, 15, Ceko, 55