27 Oktyabr 2024, 19:38
FUTBOL
"Atletiko"nun yarımmüdafiəçisi Pablo Barrios karyerasını İngiltərədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, futbolçu ilə "Liverpul" yaxından maraqlanır.
"Qırmızılar" Barriosun transferi üçün 50 milyon avro ödəməyi planlaşdırır. Lakin futbolçunun müqaviləsində 100 milyon avro təzminat məbləği var.
Qeyd edək ki, bu mövsüm Pablo Barrios İspaniya La Liqasında 6 oyun keçirib, amma fərlənə bilməyib.