27 Oktyabr 2024, 12:31
FUTBOL
"Barselona"nın cinah oyunçusu Lamin Yamal İspaniya La Liqasının 11-ci turunda "Real"a 4:0 hesabı ilə qalib gəldiyi oyunda irqçi təhqirlərə məruz qalıb.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bildirilir ki, Madrid azarkeşləri 17 yaşlı futbolçunun oyunun 77-ci dəqiqəsində "Real"a qol vurmasından sonra onu təhqir etməyə başlayıblar.
Madrid klubu azarkeşləri tərəfindən Yamalın irqçi təhqirlərə məruz qaldığını əks etdirən videoyazı İspaniya Kral Futbol Federasiyasının Zorakılıqla Mübarizə Komissiyası tərəfindən araşdırılacağı vurğulanır.