27 Oktyabr 2024, 00:19
FUTBOL
Türkiyə Superliqasında IX turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, turun ikinci oyun günündə üç qarşılaşma baş tutub.
"Sumsunspor" səfərdə "Kasımpaşa"nı darmadağın edib. "Hatayspor" "Kayserispor"a məğlub olub. "Trabzonspor" isə oyunun əvvəlində bir nəfər azlıqda qalan "Göztəpə"yə uduzub.
Qeyd edək ki, Superliqada tura 28 oktyabrda yekun vurulacaq.
Türkiyə Superliqası
IX tur
26 oktyabr
"Hatayspor" – "Kayserispor" - 0:1
Qol: Yılmaz, 76
"Kasımpaşa" – "Samsunspor" - 1:4
Qollar: Kara, 31 // Holse, 67, 77, Aydoğdu, 71, Tait, 86
"Göztəpə" – "Trabzonspor" - 2:1
Qollar: Solet, 60, Tiyaniç, 90+2 // Banza, 64 (pen)
Qırmızı vərəqə: Dennis, 28