Afrika Futbol Konfederasiyasının (CAF) İntizam Şurası Nigeriya yığması ilə Afrika Millətlər Kubokunun seçmə mərhələsinin oyunu öncəsi yaranmış qalmaqala görə Liviya millisinə texniki məğlubiyyət verib.

Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat paylaşılıb.

Bundan əlavə, Liviya Futbol Federasiyası (LFF) 50 min dollar cərimələnib.

Xatırladaq ki, oktyabrın 14-də nigeriyalı futbolçular Liviyaya oyun üçün təyyarə ilə səfər edib. Eniş etməzdən dərhal əvvəl təyyarə təcili olaraq tərk edilmiş başqa bir hava limanına yönləndirilib.

Nigeriyalılar oradan bir neçə saata istədikləri şəhərə çatmalı olsalar da, ev sahibi ölkə onları nəqliyyatla təmin etməyib. Üstəlik, yaxınlıqdakı otellərə nigeriyalıları yerləşdirmək qadağan edilib. Nigeriya komandası 13 saatdan çox hava limanında gözləmək məcburiyyətində qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest