26 Oktyabr 2024, 14:03
FUTBOL
"Mançester Yunayted" "Mançester Siti"dən oyunçuları Alexandro Qarnaço və Kobbi Maynı oktyabrın 28-də 2024-cü ildə "Qızıl top"un təqdimetmə mərasiminin keçiriləcəyi Parisə təyyarə ilə aparmağı xahiş edib.
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilir ki, "qırmızı şeytanlar" klubun hazırda xərclərinin optimallaşdırılması mərhələsində olduğu üçün qonşularına müraciət edib.
"Mançester Siti" isə şəxsi təyyarəsində yer qalmadığı üçün "Mançester Yunayted"in istəyinə rədd cavabı verib.
Xatırladaq ki, Qarnaço və Mayn ən yaxşı gənc futbolçu mükafatına iddialılar siyahısına daxil edilib.