26 Oktyabr 2024, 11:47
FUTBOL
"Bavariya" "Mançester Yunayted"in 26 yaşlı vingeri Markus Reşfordla maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Bildirilir ki, ingilis futbolçuya Münhen klubu ilə yanaşı, PSJ və Marsel də maraq göstərir.
Qeyd edək ki, cari mövsümdə 26 yaşlı hücumçu bütün yarışlarda 13 matçda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Reşfordun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 60 milyon avrodur.