Fransa Peşəkar Futbol Liqası PSJ-nin keçmiş hücumçusu Kilian Mbappeyə ödənilməmiş maaş və bonuslarla bağlı müraciətini təmin etməyib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.

Bildirilir ki, liqa ittihamların doğru olduğunu təsdiq edib və PSJ-ni futbolçuya 55 milyon avro ödəməli olduğu barədə qərar çıxardıb. Parislilər bu qərardan şikayət etməyi planlaşdırırlar.

Xatırladaq ki, Mbappe 2018-ci ilin iyulundan 2024-cü ilin iyuluna kimi parislilərin heyətində çıxış edib. Bu müddət ərzində o, PSJ-nin heyətində bütün yarışlarda 308 matçda 256 qol vurub və 108 məhsuldar ötürmə edib. Mövsümlərarası fasilədə o, "Real"a keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest