25 Oktyabr 2024, 09:17
FUTBOL
Avropa Liqası və Konfrans Liqasında III turun oyunlarından sonra Avropa ölkələrinin reytinq cədvəli yenilənib. Matc.az xəbər verir ki, Azərbaycan 28-ci pillədəki yerini qoruyub.
“Qarabağ” Avropa Liqası çərçivəsində “Ayaks”a (0:3) məğlub olduğundan, reytinqə xal yazdıra bilməyib. Ölkəmizin cari mövsümdəki qazancı 2.375 xal, ümumi xalı isə 19.125-di. Hazırda Bolqarıstan da eyni əmsala malikdi. Lakin bolqarlar digər göstəricilərə görə Azərbaycandan öndədi.
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (94.303) başçılıq edir.
=