24 Oktyabr 2024, 19:28
FUTBOL
"Real"ın qapıçısı Tibo Kurtua sol ayağının əzələsindən aldığı zədə səbəbindən 3-4 həftə forma geyinməyə bilər.
Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Bildirilir ki, belçikalı qolkiper İspaniya La Liqasının 11-ci turunun "Barselona" ilə oktyabrın 26-da keçiriləcək qarşılaşmasında iştirak edə bilməyəcək.
Qeyd edək ki, bu mövsüm Kurtua bütün turnirlərdə 12 matçda iştirak edib, onlardan 4-də qapısını toxunulmaz saxlayıb.
32 yaşlı qapıçının klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 25 milyon avrodur.