Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

O, UEFA Region Kubokunun 7-ci qrupunun oyunlarının hakim-inspektoru olacaq.

29 oktyabr - 4 noyabr aralığında Bolqarıstanda təşkil olunacaq qrup oyunlarında ev sahiblərinin “SW Bolqarıstan”, İspaniyanın “Araqon”, Moldovanın “Anenii Noi” və Belarusun “İvatseviçi-Duss” klubu mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest