24 Oktyabr 2024, 00:21
FUTBOL
Azərbaycanın UEFA Gənclər Liqasındakı təmsilçisi "Sabah" Çempionlar yolunun II təsnifat mərhələsində ilk oyununa çıxıb.
Matc.az xəbər verir ki, "Sabah"ın U-19 komandası İsveçrədə yerli "Bazel" kollektivinin qonağı olub.
St. Yakob-Park stadionunda keçirilən görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı noyabrın 6-da Bakıda baş tutacaq.