"Bavariya"nın məşqçilərindən biri Barselonada qarət edilib.

Matc.az xəbər verir ki, bu barədə "ElCaso.cat" məlumat yayıb.

Bildirilir ki, dünən Almaniya klubunun məşqçisi hücuma məruz qalıb. Barselonada küçədə onun saatı, telefonu və pul kisəsi oğurlanıb. Hücum edən şəxs hadisə yerindən qaçıb, polis araşdırma aparır.

Qeyd edək ki, bu gün Çempionlar Liqasında Liqa mərhələsinin III turu çərçivəsində "Bavariya" səfərdə "Barselona" ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest