“Çox vacib oyun olacaq. Rəqib dünya futbolunda tanınır”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının III turu çərçivəsində “Ayaks”la (Niderland) oyunöncəsi mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis qarşılaşmaya hazır olduqlarını bildirib: “Futbolçuların hazırlıq səviyyəsi pis deyil, istəklidirlər. Belə klubların Bakıya gəlməsi futbolumuza sevginin artması və inkişaf üçün böyük təkandır. Bizim də təcrübəmiz çoxdur, böyük klublara qarşı oynamışıq. Gələcəyə nikbin baxmaq və böyümək istəyiriksə, bu cür komandalarla oynamaqdan çəkinməməliyik. “Ayaks” yaxşı komandadır, dinamik, ağıllı futbol oynayır. Belə rəqiblərlə mübarizə apardıqca həm də bəzi məqamları öyrənirik. Bununla bərabər oyunumuzla azarkeşlərimizi razı salmağa çalışacağıq”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.