23 Oktyabr 2024, 10:13
FUTBOL
Ölkələrin növbəti UEFA reytinqi müəyyənləşib. Matc.az xəbər verir ki, Çempionlar Liqasının III turunun ilk günündə keçirilən 9 oyundan sonra ciddi dəyişiklik qeydə alınmayıb.
Ölkələrin yerləri yox, təkcə xal hesabları dəyişib. Azərbaycanın da mövqeyi dəyişməyib. Hesabında 19,125 xalı olan ölkəmiz Avropada 28-ci pillədədi. Azərbaycanın cari mövsüm qazancı 2,375-ə bərabərdi.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 93,017 xal.