13 Sentyabr 2024, 14:14
FUTBOL
“Real” hücumçu Vinisius Juniorun tənəzzülündən narahatdı. Matc.az xəbər verir ki, braziliyalı yeni mövsümdə Madrid klubunun heyətində keçirdiyi 7 oyunda cəmi 1 qol vurub.
Onun məhsuldarlıq nisbəti 25%-dən 9%-ə düşüb. Təkcə futbolçunun statistik göstəriciləri deyil, həm də onun oyundan həzz almaması və meydanda özünəməxsus aqressivlik nümayiş etdirməməsi də rəhbərliyi narahat edir. “Kral klubu” bunu ildə 350 milyon avro maaş təklif edən Səudiyyə Ərəbistanı klubları ilə əlaqələndirir.
Qeyd edək ki, Vinisius Juniorun “Real”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdi.