06 Sentyabr 2024, 23:22
                
                
                
                                FUTBOL 
                                
                
               
              AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
				  
 
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Matc.az xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Moldova - İsveç oyununun UEFA nümayəndəsi olacaq.
Sentyabrın 10-da Moldovanın Nisporeni şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 
             
 















