"Real"ən baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yeni formatı ilə bağlı hələlik fikri olmadığını bildirib.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis bunun üçün zamana ehtiyac olduğunu vurğulayıb.
– Çempionlar Liqasının yeni formatını bəyənirsinizmi?
– Hələlik öz fikrim yoxdur, çünki hələ bu formatda oynamamışıq. Səbirli olun, təxmin bir il ərzində mütləq qiymət veriləcək. Bəzən yeni bir şey çox yaxşı ola bilər.
Xatırladaq ki, 2024/2025 mövsümündən Çempionlar Liqasında əvvəlki kimi 32 yox, 36 komanda çıxış edəcək. Əvvəllər klublar hər biri dörd komandadan ibarət qruplara bölünürdü, indi Çempionlar Liqasında 36 komandanın hamısı vahid liqada yer alacaq.
2024/2025 mövsümü üçün UEFA Çempionlar Liqasının finalı 31 may 2025-ci ildə Münhendəki "Allians Arena"da keçiriləcək.