Klubsuz qalan "Borussiya"nın sabiq müdafiəçisi Mats Hummels, bu yay karyerasını davam etdirmək üçün iki variantdan imtina edib.

Matc.az xəbər verir ki, ötən mövsümün sonunda Çempionlar Liqasında oynamaq hüququ qazanan "Bolonya" alman futbolçuya təklif göndərib. Daha sonra İspaniyanın "Real Sosyedad" klubu Hummelsin agentləri ilə əlaqə saxlayıb.

Hər iki halda futbolçu şəxsi səbəbləri əsas gətirərək transferdən imtina edib.

Qeyd edək ki, Hummels 35 yaşındadır və ötən mövsüm Dortmund klubunda 40 oyuna çıxıb, 4 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest