"Valensiya" rəhbərliyi heyətini müdafiəçi Maksimiliano Kofrierlə gücləndirmək qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.

"Yarasalar" "Klermont"un futbolçusunu icarəyə götürəcək. Bu barədə yaxın vaxtlarda rəsmi məlumat veriləcək.

Qeyd edək ki, 27 yaşlı Kofrier peşəkat karyerasına Belçikanın "Vasland-Beveren" klubunda başlayıb, sonra "Sent-Truyden" və "Spartak" (Moskva) komandalarında çıxış edib. O, 2021-ci ildən 2023-cü ilə qədər "qırmızı-ağlılar"ın heyətində 18 oyun keçirib, bundan sonra "Klermont"a yollanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest