28 Avqust 2024, 10:49
FUTBOL
“Milan” “Ayaks”ın 19 yaşlı futbolçusunu Silvano Vosu heyətinə qatacaq. Matc.az xəbər verir ki, klublar yarımmüdafiəçinin transferi ilə bağlı razılığa gəliblər.
“Rossonyerlər” müdafiəyə meyilli oyunçu üçün bonuslar nəzərə alınmadan 3 milyon avro ödəyəcək. Niderland təmsilçisi isə Vosun növbəti satışından müəyyən pay alacaq. “Milan” onunla sabah rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Silvano Vos ötən mövsüm Niderland çempionatının 11 oyununda iştirak edib.