27 Avqust 2024, 19:28
FUTBOL
Londonun "Arsenal" klubu "Real Sosyedad"dan 28 yaşlı yarımmüdafiəçi Mikel Merinonu transfer etdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, futbolçu ilə 4 illik müqavilə imzalanıb və transfer 31,5 milyon funt sterlinq olaraq qiymətləndirilir.
Qeyd edək ki, 28 yaşlı futbolçu ötən mövsüm İspaniya klubunda 45 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Merinos İspaniya millisi ilə AVRO-2024-də 7 oyun keçirib və 1 qol vurub.