“Barselona” və “Mançester Siti” klublarının keçmiş qapıçısı Klaudio Bravo futbolla vidalaşıb. Matc.az xəbər verir ki, Çili yığmasında 150 oyun keçirmiş qolkiper karyerasını bitirib.

Bravo 41 yaşında butslarını mismardan asmağa qərar verib.

Karyerası ərzində “Kolo-Kolo”, “Real Sosyedad” və “Betis” klublarında da çıxış etmiş Bravo 2004-cü ildən Çili millisinin şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest