27 Avqust 2024, 12:04
FUTBOL
Biletlər 27 avqust saat 13:00-dan satışda olacaq.
UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Zirə” - “Omoniya” matçının biletləri bu gün satışa çıxarılacaq. Matc.az xəbər verir ki, bu barədəı klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, biletlər 27 avqust saat 13:00-dan satışda olacaq.
Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir. Satış məntəqələri “Zirə İdman Kompleksi” və “Dalğa Arena”dır.
Qeyd edək ki, avqustun 29-da baş tutacaq "Zirə" - "Omoniya" qarşılaşması saat 20:00-da start götürəcək.