27 Avqust 2024, 01:32
FUTBOL
"Beşiktaş"ın hücumçusu Ante Rebiç "Leççe"yə keçib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Müqavilənin şərtləri haqqında məlumat açıqlanmayıb. Rebiç yeni klubuna azad agent kimi keçib.
Qeyd edək ki, xorvatiyalı forvard əvvəllər İtaliyada "Verona", "Fiorentina" və "Milan"da çıxış edib.
Rebiç Xorvatiya millisində 42 oyun keçirib və 3 qol vurub. Klub səviyyəsində isə 336 oyunda 74 qol vurub və 40 məhsuldar ötürmə edib.