"Real" sabiq futbolçusu Xames Rodriqes İspaniya çempionatına qayıdıb.

Matc.az xəbər verir ki, "Rayo Valyekano" yarımmüdafiəçi ilə müqavilə imzaladığını açıqlayıb.

Tərəflər arasında müqavilənin maliyyə detalları açıqlanmayıb. 33 yaşlı futbolçu ilə müqavilə 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, kolumbiyalı ispan klubuna azad agent kimi keçib. Onun son klubu braziliyalı "San Paulo" olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest