26 Avqust 2024, 15:40
FUTBOL
76 yaşlı mütəxəssis xərçəng xəstəliyindən dünyasını dəyişib.
Kristof Daumdan sonra dünya futbolu üçün daha bir itki üz verib. Matc.az xəbər verir ki, daha bir tanınmış məşqçi dünyasını dəyişib.
İsveçli mütəxəssis Sven-Yoran Eriksson vəfat edib. 76 yaşlı mütəxəssis xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, Sven-Yoran Eriksson “Roma”, “Fiorentina” “Mançester Siti”, "Latsio", "Benfika", "Lester", "Sampdoriya" klublarını, İngiltərə, Meksika, Fil Dişi Sahili və Filippin millilərini çalışdırıb. Onun son iş yeri 2018-2019-cu illərdə rəhbərlik etdiyi Filippin yığması olub.