“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi Zaqreb “Dinamo”sunda ayrılıq baş verib. Matc.az xəbər verir ki, Xorvatiya klubu İvan Saraniçlə vidalaşıb.

21 yaşlı yarımmüdafiəçinin yeni komandası da artıq məlumdu. O, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Batae” kollektivinə keçib.

Qeyd edək ki, “Qarabağ”la “Dinamo” arasında cavab oyunu avqustun 28-də Bakıda keçiriləcək. Zaqrebdəki ilk görüşdə meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest