26 Avqust 2024, 09:45
FUTBOL
Arne Slot “Liverpul”un tarixinə düşüb. Matc.az xəbər verir ki, 45 yaşlı mütəxəssis Premyer Liqanın II turunda “Brentford”u 2:0 hesabı ilə məğlub etdikləri oyunda buna nail olub.
Slot İngiltərə çempionatındakı ilk iki görüşündə qələbə qazanan ilk məşqçi olub. “Qırmızılar” ilk turda da “İpsviç”i eyni hesabla üstələyib.
Qeyd edək ki, Arne Slot yay fasiləsində “Liverpul”a baş məşqçi təyin olunub.