“Veyle”nin rusiyalı hücumçusu Herman Onuqa Türkiyənin “Rizəspor” klubuna keçməkdən imtina edib.

Matc.az xəbər verir ki, "Rizespor" Onuqaya illik 750 min avro maaşla 4 mövsümlük müqavilə təklif edib.

Rusiyalı hücumçu Bundesliqadakı variantları nəzərdən keçirdiyindən təklifi qəbul etmyib.

Qeyd edək ki, Onuqa 2021-ci ilin yayından Danimarkanın "Veyle" klubunda forma geyinir. Bu müddət ərzində o, bütün turnirlərdə 72 matçda iştirak edib, 29 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında Onuqanın bazar dəyəri 1,7 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest