"Barselona" qışda heyətinə cəlb etdiyi forvard Vitor Rokeni icarəyə göndərir.

Matc.az xəbər verir ki, 19 yaşlı braziliyalı karyerasını digər La Liqa klubu "Real Betis"də davam etdirəcək.

Sövdələşməyə xüsusi müddəalar daxil ediləcəyi üçün yaxın vaxtlarda transferin təfərrüatları dəqiqləşdiriləcək. Roke yeni klubu ilə bu axşam görüşəcək və yaxın 24 saat ərzində müqavilə bağlanacaq.

Yeri gəlmişkən, dünən gənc hücumçu məşqi buraxıb və klubla bağlı qeydləri "instaqram" hesabından silib.

Qeyd edək ki, ötən mövsüm Roke əsasən əvəzedici heyətdə meydana çıxıb və La Liqada 16 matçda 2 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest