25 Avqust 2024, 11:06
FUTBOL
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olacaq "Dinamo" Bakıya qələbə ilə gələcək.
Matc.az xəbər verir ki, zaqreblilər Xorvatiya çempionatında növbəti oyununu keçirib.
Doğma meydanda "Qoritsa" ilə üz-üzə gələn Zaqreb klubu 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Qarabağ" – "Dinamo" matçı avqustun 28-də Bakıda keçiriləcək. Xorvatiyadakı ilk oyunda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.