Türkiyənin "Fənərbaça", "Beşiktaş", "Bursaspor" klublarının sabiq baş məşqçisi Kristof Daum vəfat edib.

Matc.az xəbər verir ki, 70 yaşlı mütəxəssis uzun müddətdir müalicə aldığı ağciyər xərçəngi xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, almaniyalı məşqçi Türkiyə təmsilçiləri ilə yanaşı, Almaniyada "Köln", "Ştutqart", "Bayer", "Ayntraxt", Belçikada "Brügge", Avstriyada "Austriya"nı, həmçinin Rumıniya millisini də çalışdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest