Naxçıvan klubunun baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında oyunu şərh edib və jurnalistlərin suallarını cavablandırıb.
Azərbaycan Premyer Liqasının IV turunda "Araz-Naxçıvan" ev oyununda "Neftçi" ilə heç-heçə edib.
Matc.az xəbər verir ki, Naxçıvan klubunun baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında oyunu şərh edib və jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı oyun alındı. Hər iki komanda meydanda mübarizə apardı. Komanda şəklində daha üstün idik. Futbolun yazılmayan qanunları var. Düşünürəm ki, 2 xal itirdik.
- "Neftçi"nin vurduğu qola münasibətiniz necədir? Roman Qriqarçuk problem olmadığını bildirib.
- Baş məşqçinin sözlərini şərh etmək istəmirəm. Bu, onun fikridir. Düşünürəm ki, əgər bir şeyə riayət edilmirsə stadionlardan asılan feyr-pley bayrağını endirsək daha məqsədə uyğun olar. Yenə də təbrik edirəm onları. Əgər, layiqli qol olduğunu düşünürlərsə, qoy elə də olsun.
- Roman Qrikarçukla diskussiya apardız, yoxsa hakim imkan vermədi?
- Bizdə qaydalara necə tərtib olunur bilmirəm. Rəqibə reaksiya verirsən, qırmızı vərəqə verirlər. Heç kimi təhqir etəmişəm. Ümid edirəm ki, belə hadisələrlə rastlaşmayacağıq. Futbolçular və məşqçilərə aid olan qaydadır. Bu gün belə oldu. Ümid edirəm ki, bir daha belə hadisələr başımıza gəlməz.