İngilis futbolçu Karlo Ançelottinin start heyətində yer almaq üçün Madrid derbisinə qədər tam sağalmağı planlaşdırır.
Dünən məlum oldu ki, "Real"ın əsas ulduzlarından biri Cud Bellinqem zədələnərək komandasına təxminən bir ay kömək edə bilməyəcək.
Matc.az xəbər verir ki, rəsmi açıqlamaya görə, ona sağ ayağının plantar əzələsinin gərilməsi diaqnozu qoyulub.
Bellinqemin sentyabrın ilk yarısında, milli komandadakı fasilədən sonra meydana qayıdacağı gözlənilirdi. Lakin məlum olub ki, bərpa müddəti daha uzun, təxminən bir aya yaxın çəkəcək.
Beləliklə, Bellinqem ən azı yeddi oyunda komandasına kömək edə bilməyəcək. O, “Valyadolid”, “Las Palmas”, “Real Betis”, “Real Sosyedad”, “Espanoyol”, “Alaves”lə qarşılaşmalarda meydandan olmayacaq. Ulduz futbolçu Çempionlar Liqasının ilk oyununu da buraxacaq.
Bellinqemin prioriteti Madrid derbisinə qədər meydana qayıtmaqdır. Cəmi bir aydan sonra, sentyabrın 29-da "Real" Madrid derbisində "Atletiko" ilə qarşılaşacaq. İngilis futbolçu Karlo Ançelottinin start heyətində yer almaq üçün bu tarixə qədər tam sağalmağı planlaşdırır.
Xatırladaq ki, "Real"da Bellinqemdən başqa zədəli daha bir yarımmüdafiəçi var. UEFA Superkuboku uğrunda oyundan əvvəl Eduardo Kamavinqa da zədələnib və növbəti 5-6 həftə ərzində komandaya kömək edə bilməyəcək.