İspaniyanın "Barselona" klubu "Yuventus"unun hücumçusu Federiko Kyeza ilə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı italyan jurnalist və insayder Nikolo Şira özünün "X" sosial şəbəkə hesabında yazıb.

Futbolçunun 3 illik müqaviləyə əsasən maaşı 4 milyon avro olacaq və o, daha 2 milyonunu bonus şəklində alacaq.

Turin klubuna isə transfer üçün 10 milyon avro, üstəgəl 3 milyon bonus təklif olunacaq (digər mənbələrə görə, 9+4).

Qeyd edək ki, Kyeza "Yuventus"da 5 milyon avro və bütün komandaya aid olan standart bonuslar qazanırdı.

“Qoca sinyora” Kyezanı öz heyətində görmür və münasib təklif gəldiyi halda, İtaliya millisinin 26 yaşlı futbolçusunu satmağa hazırdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest