Kiran Trippier “Nyukasl”dan ayrılmaq istəyir. Matc.az xəbər verir ki, İngiltərə millisinin üzvü bu barədə qərarını klub rəhbərliyinə bildirib.

Baş məşqçi Eddi Hou onun komandada qalmasının tərəfdarıdı. Ancaq 33 yaşlı futbolçu daha çox oyun şansı əldə etmək üçün ayrılmağı planlaşdırır. Hazırda onunla “Atalanta” və “Qalatasaray” yaxından maraqlanır. Kiran Premyer Liqa klubunu icarə əsasında da tərk edə bilər.

Qeyd edək ki, Kiran Trippier ötən mövsüm Premyer Liqada 28 oyun keçirib, 10 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest