“Arsenal” “Atalanta”nın hücumçusu Ademola Lukmanla maraqlanır. Matc.az xəbər verir ki, İngiltərə klubu artıq ilk təklifini edib.

Belə ki, London təmsilçisi 26 yaşlı forvardın keçidi müqabilində 50 milyon avro ödəməyə hazır olduğunu bildirib. Ancaq italyanlar Nigeriya millisinin üzvünün satışından təxminən 65-70 milyon avro qazanmağı hədəfləyir.

“Atalanta” qolçusunu saxlamaq arzusundadı. Ona yeni müqavilə də təklif olunub. Lukman komandasında qalmağa razılaşsa, illik maaşı 3,5 milyon avroya yüksələcək.

Qeyd edək ki, forvard ötən mövsüm bütün turnirlərdə 45 oyunda iştirak edib, 17 qol vurub, 10 məhsuldar ötürmə verib. Lukmanın müqavilə müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest