“Dinamo” Avropa Liqasının pley-offunda “Anderlext”i mübarizədən kənarlaşdırsa, turnirin qrup mərhələsində oynamaq hüququ əldə edəcək. Əks təqdirdə isə komanda Konfrans Liqasının qrup mərhələsində yer alacaq.
Minsk “Dinamo”sunun avrokubokların qrup mərhələsindəki ev oyunları Azərbaycanda baş tutacaq. Matc.az xəbər verir ki, bu barədə “Belarus 5” telekanalı məlumat yayıb.
“Dinamo” Avropa Liqasının pley-offunda “Anderlext”i mübarizədən kənarlaşdırsa, turnirin qrup mərhələsində oynamaq hüququ əldə edəcək. Əks təqdirdə isə komanda Konfrans Liqasının qrup mərhələsində yer alacaq.
Hər iki halda “Dinamo” qrupdakı rəqiblərini Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionda qəbul edəcək. Artıq Azərbaycan tərəfi ilə bütün detallar razılaşdırılıb.
Qeyd edək ki, UEFA Belarus komandalarının ev oyunlarını öz ölkələrində keçirmələrinə qadağa qoyub.