"Brayton" klubu heyətinə yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Brayton" "Lids"in hücumçusu Jorjinyo Ryutteri transfer edib. Yeni transferlə 2028-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb. Bu keçid "Brayton"a 46,7 milyon avroya başa gəlib. Bu isə klub tarixində yeni rekord deməkdi.

Qeyd edək ki, Ryutter ötən mövsüm 51 oyunda 8 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest