20 Avqust 2024, 10:30
FUTBOL
"Fənərbağça"nın portuqaliyalı futbolçusu Migel Krespo klubdan ayrılıb. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi karyerasını Türkiyənin digər klubu - "Başakşəhər"də davam etdirəcək. Tərəflər arasında 2027-ci ilə qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Qeyd edək ki, Krespo son olaraq icarə əsasında "Rayo Valyekano"da oynayıb.