“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində sabah “Dinamo” (Zaqreb) ilə keçiriləcək səfər oyunu üçün təşkil edilən mətbuat konfransında iştirak edib.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunla bağlı fikirlərini bildirib:
“Bu klubun böyük tarixi, çoxlu azarkeşləri var. Çox güclü azarkeş dəstəyi olan komandaya qarşı, baxmayaraq ki, səfərdə oynayırıq, bizim üçün çox xoş olacaq. Hər iki komanda üçün çox vacib oyundur. İstəyimiz çoxdur və üçüncü dəfədir ki, əlimizə belə şans düşür. Çox istəyirik ki, bu şansdan maksimum istifadə edək. Futbolçularım bu oyuna hazırdır. Yaxşı hazırlaşıblar. İtkilərimizin olmasına baxmayaraq, inanıram ki, sabah futbolçular meydanda nizamlı oyun quracaqlar. Ən azından, düşünürəm ki, azarkeşlər üçün çox yaxşı bir oyun olacaq”.
Qurbanov “Dinamo”nun III təsnifat mərhələsində mübarizədən kənarlaşdırdıqları “Ludoqorets”dən daha təcrübəli komanda olduğunu da vurğulayıb:
“Fərqli rəqiblərdir. Fiziki hazırlığımız pis deyil. Elə bir mərhələdəyik ki, oyundan-oyuna komanda özünü daha yaxşı hiss edir. Mən dəfərlərlə futbolçulara demişəm ki, hər mərhələ keçdikcə qarşımızda daha ciddi rəqib olur. Çümki həm həyəcan çoxalır, həm məsuliyyət çoxalır, həm də rəqiblər də sənə ciddi yanaşır. “Dinamo” ilə “Ludoqorets” fərqli rəqiblərdir. “Dinamo” daha təcrübəlidir, komanda şəklində daha çox formalaşıb. Nəticə üçün maksimum oynamağı bacaran bir rəqibdir. Ümid edək ki, bizim üçün də belə rəqibə qarşı oynamaq xoş olacaq. Sabah daha intimzalı və səliqəli oynamalıyıq. Ola bilər ki, bu rəqib daha böyük basqı yaratsın. Çünki daha böyük azarkeş dəstəy var. Komandamızın fiziki hazırlığı pis deyil. Elə bir mərhələdəyik ki, komanda oyundan-oyuna özünü daha yaxşı hiss edir".
Qeyd edək ki, sabah keçiriləcək “Dinamo” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.