19 Avqust 2024, 15:55
FUTBOL
Start heyətdə yer alan həmyerlimiz matçı əvəzlənmədən keçirib.
Futbol üzrə Albaniya çempionatında yeni mövsüm başlayıb. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya" da ilk oyununu keçirib.
Səfərdə "Dinamo Siti" ilə üz-üzə gələn "Eqnatiya" 2:0 hesablı qələbəyə sevinib. Zamiq Əliyev də bu oyunun iştirakçısı olub. Start heyətdə yer alan həmyerlimiz matçı əvəzlənmədən keçirib.
Qeyd edək ki, Zamiq "Eqnatiya" ilə bu yay müqavilə bağlayıb.