“FourFourTwo” nəşri futbol tarixinin ən yaxşı milli məşqçilərinin siyahısı tərtib edib. Matc.az xəbər verir ki, cədvəldə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş da var.

Portuqaliyalı mütəxəssis tarixin ən yaxşı 28-ci milli məşqçisi hesab olunur. Siyahıya isə Helmut Şön başçılıq edir. 1964-1978-ci illərdə AFR yığmasını çalışdıran almaniyalı mütəxəssis DÇ-1974 və AVRO-1972-nin qızıl, DÇ-1966 və AVRO-1976-nın gümüş, DÇ-1970-in bürünc mükafatını qazanıb.

İtaliyalı Vittorio Pottso ikinci, ispaniyalı Visente del Boske üçüncü yerdə qərarlaşıb. Braziliyalı Mario Zaqalo və fransalı Didye Deşam isə ilk “beşliy”i tamamlayırlar.

Qeyd edək ki, Fernandu Santuş 2016-cı ildə Portuqaliya millisinə Avropa çempionluğunu qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest