19 Avqust 2024, 11:38
FUTBOL
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” oyunundan öncə təşkil ediləcək mətbuat konfransının və açıq məşqin vaxtı müəyyənləşib.
Matc.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün media nümayəndələri önünə çıxacaq.
Təcrübəli mütəxəssisin mətbuat konfransı Bakı vaxtı ilə 21:45-də başlayacaq. Bundan yarım saat sonra komanda Zaqrebdəki “Maksimir” stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, sabah keçiriləcək “Dinamo” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.