“Napoli” hücumçusu Xviça Kvaratsxeliyanı itirib. Matc.az xəbər verir ki, Gürcüstan millisinin üzvü İtaliya A Seriyasının I turunda “Verona” ilə keçirilən səfər oyununda zədələnib.

Qarşılaşmanın ilk yarısında rəqib müdafiəçisi Pavel Davidoviçlə toqquşan forvard oynamağa davam etsə də, fasilə ərəfəsində qazona yıxılaraq, əvəzləmə işarəsi verib. Tibb işçilərinin müdaxiləsindən sonra meydanı tərk edən Kvaratsxeliya 45+4-cü dəqiqədə əvəzlənib. Onun nə zaman yaşıl meydanlara dönəcəyinə tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, “Napoli” mövsümün startında rəqibinə 0:3 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest