19 Avqust 2024, 09:10
FUTBOL
Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Dinamo” (Zaqreb) - “Qarabağ” oyununun hakimləri bəlli olub. Matc.az xəbər verir ki, Xorvatiyadakı görüşdə isveçli referilər iş başında olacaq.
Qarşılaşmanın baş hakimi Qlenn Nyuberq olacaq. Mahbod Beiqi və Andreas Söderkvist köməkçi, Adam Ladebek dördüncü hakim kimi fəaliyyət göstərəcək. VAR otağında almaniyalı hakimlər Bastian Dankert və Yohann Pfeifer oturcaqlar. İngiltərəli Maykl Rili hakim-inspektor, şimali makedoniyalı Filip Popovski isə UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, sabah “Maksimir” stadionunda keçiriləcək “Dinamo” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.